Canlı
“İşğal altındakı dövlət sərhədlərindən qeyri-qanuni istifadə halları davam etdirilir” - DSX

2017-12-06 / 14:06

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i və dövlət sərhədlərinin bir hissəsi işğal altında qalıb. Bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə halları davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Azərbaycan DSX və Türkiyənin Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Vüsalə Camal