“Hawk-Eye” şirkəti oyun zamanı avtomatik ofsayd aşkarlama sistemi hazırlayıb
2021-10-27 14:00
“Hawk-Eye” şirkəti oyun zamanı avtomatik ofsayd aşkarlama sistemi hazırlayıb. Hətta gələn il Qətərdə keçiriləcək dünya çempionatında bu sistemdən istifadə oluna bilər. Hazırlanan sistem VAR hakiminə ani mesaj göndərir və o oyundankənar vəziyyətdə olan futbolçunun oyuna müdaxilə edib-etmədiyinə qərar verir. FİFA-nın avtomatik ofsayd texnologiyası ilə bağlı ən son yenilikləri müvafiq qurumlara təqdim edəcəyi gözlənilir.
Nərgiz camal