“Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb

2019-11-08 14:00

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb. İti zəka sahibimiz 4-cü turda amerikalı Uesli Soya məğlub olub, 5-ci qarşılaşmada ukraynalı Anton Korobov, 6-cı görüşdə isə ermənistanlı Levon Aronyanla heç-heçə edib.İdmançımız ilk üç turda bütün qarşılaşmalarda “sülh”ə razılaşıb. 6 turun yekununa görə Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.

Vüsalə Camal