“Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib
2020-08-04 14:04
Dünya bazarına artıq telefon brendi olaraq da girən “Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib. Cihaz “Google”un əlverişli qiymətə səmərəli telefonu” deyə anons edilib. Yeni smartfon 5,81 düym ekrana, 6 GB operativ, 128 GB daxili yaddaşa malikdir. “Pixel 4a” artıq bu ayın 20-dən etibarən satışa çıxarılacaq. Smartfonun qiyməti 349 ABŞ dolları olacaq.
Nərgiz Camal