Canlı
“Geni dəyişdirilmiş sarımsaqların satılmasıyla bağlı yayılan iddialar əsassızdır” – Nazirlik

Azərbaycan bazarlarında geni modifikasiya olunmuş təhlükəli sarımsaqların satılmasıyla bağlı yayılan iddialar əsassızdır. Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ARB xəbərə açıqlamasında bildirib ki, bu il ölkəyə Çindən 553 ton sarımsaq gətirilib. Həm idxal, həm də ixrac zamanı bütün kənd təsərrüfatı məhsulları Fitosanitar nəzarət xidmətindən keçirildiyindən, heç bir neqativ hal aşkarlanmayıb.

Vəfa Şairova