“Gəncə - Yaşıl Şəhər” Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər" – Prezident İlham Əliyev
2020-04-29 10:00
Biz Yaşıl proqrama çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bunu Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib. Dövlət başçısı vurğulayıb ki, bərpa olunan enerjiyə gəldikdə, Azərbaycan buna çox həvəslə yanaşır. Yanvarda bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə ilkin sənədlər imzalanıb. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin.
Fərid Mehdiyev