“Gəncə sakinləri ilə danışdım. Onlar hər zamankından daha güclüdürlər”- Hikmət Hacıyev
2020-10-05 14:05
“Gəncə sakinləri ilə danışdım. Onlar hər zamankından daha güclüdürlər”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb. “Ermənistanın bu cür məsuliyyətsiz raket hücumları gəncəliləri heç bir şəkildə qorxuda bilməz”, - deyə vurğulayıb. “Ermənistanın təbliğat maşını gülünc bir şəkildə hər addımda hər şeydə Türkiyəni görür. Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum etdikdən sonra birgə təlim keçmiş Azərbaycan mülki müdafiə qüvvələrini “türk qüvvələri” kimi təqdim edirlər”.
Vəfa Şairova