Canlı
“Fransanın hansısa şəhərciyinin qondarma rejimlə əlaqə qurması özünü aldatmaqdır” – XİN

2018-01-11 / 14:02

Fransa tərəfi Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. Bunu Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev qondarma rejimlə əlaqədar Fransada keçirilən tədbirlərlə bağlı bildirib. Qeyd edib ki, Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyildir.

Vüsalə Camal