Canlı
“Four Top Nations” turnirində yığmamız 3-cü pillədə qərarlaşıb

2017-12-06 / 18:04

Azərbaycan millisi İranda keçirilən futzal üzrə “Four Top Nations” turnirində çıxışını başa vurub. Yığmamız son oyun günündə Qazaxıstanla üz-üzə gəlib. İlk qarşılaşmada İranla 3:3 hesablı heç-heçə edib, ardınca Rusiyaya 3:4 uduzan Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də qələbə qazanmağı bacarmayıblar. Komandamız 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, sonda 3:3 hesablı sülhə razılaşıb. Bununla da futzalçılarımız turniri 3-cü pillədə tamamlayıb.

Fərid Mehdiyev