“Formula 1”də mövsüm başa çatıb, zirvədə Ferstappen var

“Formula 1” üzrə dünya çempionatında 2023 mövsümünə yekun vurulub. Mövsümün son Qran-prisi Əbu-Dabidə keçirilib. “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 23-cü mərhələnin də qalibi olub. Bununla da üçqat dünya çempionu mövsüm ərzində 19-cu, ümumilikdə isə 54-cü qələbəsini qazanıb. İkinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. İlk “üçlüy”ü “Mercedes”in pilotu Corc Rassell tamamlayıb. Beləliklə, Maks Ferstappen 575 xalla pilotların, “Red Bull” isə 860 xalla komandaların yarışında mövsümü zirvədə başa vurub.

Emin İsazadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik