“Fənərbaxça” xal itirdi, “Beşiktaş” qalib gəldi
Türkiyə Super Liqasında 12-ci tura 4 oyunla yekun vurulub. “Pendikspor” - “Samsunspor”, “Rizəspor” - “İstanbulspor”, və “Beşiktaş” - “Başakşəhər” matçlarında meydan sahibləri minimal hesabla qalib gəliblər. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” isə doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb. Millimizin qapıçısının sonadək ehtiyatda qaldığı bu görüşdə qapılara qol vurulmayıb. Superliqada zirvədə 31 xala malik iki komanda var - “Fənərbaxça” və “Qalatasaray”. 3-cü “Adana Dəmirspor”, 4-cü “Trabzonspor” və 5-ci “Beşiktaş” hərəyə 22 xal toplayıblar.
Emin İsazadə