“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb
2020-02-10 10:09
İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə Yuventus - İnterlə heç-heçə oynayıb. Cütün ilk görüşündə səfərdə 2:1 qalib gələn "Qoca sinyora" ümumi nəticəyə əsasən finala vəsiqə qazanıb. Türkiyə kubokunun 1/4 final mərhələsində Fənərbaxça evdə Başakşəhərə uduzub. Tək oyunluq sistemlə keçirilən mərhələdə rəqibinə 2:1 qalib gələn "bayquşlar" Türkiyə kubokunun ilk yarımfinalçısı olub. Futbol üzrə İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsində Bornmut - Börnliyə iki cavabsız qolla qalib gəlib. Mançester Yunayted isə Vest Hem səddini 1 qolla keçib. Beləliklə FA kubokunun ilk 1/4 finalçıları Bornmut və Mançester Yunayted olub.
Fərid Mehdiyev