“Fənərbaxça” Eden Azarı transfer etməyi planlaşdırır
2020-01-19 10:08
“Fənərbaxça” klubu heyətinə daha bir ulduz qatmağı planlaşdırır. İstanbul təmsilçisi Eden Azarın xidmətində maraqlıdır. Super Liqa təmsilçisi Belçika millisinin və İspaniya “Real”ının ulduzunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. “Fənərbaxça” Madrid təmsilçisində özünü yaxşı göstərə bilməyən yarımmüdafiəçidən faydalanmaq arzusundadır. Azar cari mövsüm La Liqada 6 oyunda 1 qol vurub.
Nərgiz camal