“Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”- Ceyhun Bayramov
2020-10-06 15:05
“Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”. Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. “Hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var. Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”, - deyə nazir vurğulayıb.
Nərgiz Camal