“Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun”- Hikmət Hacıyev
2020-10-30 13:03
“Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq mövcud vəziyyətdə danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur”. Prezidentin köməkçisi Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib ki, Bakı Qarabağ münaqişəsinin həlli üçün yeni mexanizmə ehtiyac olmadığını hesab edir və mövcud bütün imkanlardan istifadəyə hazırdır. Əsası münaqişənin siyasi həll yolunu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsidir”, – deyən Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan münaqişənin siyasi yolla həllində maraqlı deyil.
Nərgiz Camal