Canlı
“Dağlıq Qarabağla bağlı danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb” – Elmar Məmmədyarov

2018-12-06 / 08:17

“Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”. XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşünün yekununu belə şərh edib. Məmmədyarovun sözlərinə görə, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirə edildiyi görüş Minsk qrupu həmsədrlərinin təşkilatçılığı və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Milanda baş tutub.

Vəfa Şairova