Canlı
“Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir” - ABŞ ATƏT-dəki nümayəndəsi

2018-11-09 / 09:59

ABŞ ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib. Bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris qurumun Daimi Şurasının iclası zamanı deyib. "ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir” - deyə Makris bildirib.

Vəfa Şairova