“Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın”. Müdafiə naziri
2021-05-31 12:00
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. Əməliyyat şəraiti ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifələri çatdırıb. Düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.
Vüsalə Camal