“Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşan şəxs tutulub

2020-09-18 12:06

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla qanunsuz silahlı dəstələrin tərkibində vuruşan şəxs tutulub. Araşdırmalarla müəyyən edilib ki, Azərbaycan vətəndaşı Amil Əhmədov 2016-2019-cu illər ərzində xaricdə terror aktlarının törədilməsi ilə müşaiyət olunan silahlı münaqişələrdə iştirak məqsədilə Suriyanın Hələb şəhərində təlimlər keçib. “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirak edib. Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib. O, şübhəli şəxs qismində saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik