Canlı
“"Cənub qaz dəhlizi" Avropanın artan qaz tələbatını qarşılamağa kömək edəcək” - avrokomissar

2018-02-09 / 12:00

"Cənub qaz dəhlizi" Avropanın artmaqda olan təbii qaz tələbatını qarşılamaqda kömək edəcək. Bunu Avropa İttifaqının iqlim dəyişiklikləri və energetika üzrə komissarı Migel Arias Kanyete deyib. Qeyd edib ki, Avropa İttifaqının qaza olan tələbatı artmaqda davam edir: “Hazırda Aİ istehlak olunan qazın 70 faizə yaxınını idxal edir. 2040-cı ilədək bu rəqəm 83 faizə çatacaq”.

Ruhəngiz Hacızadə