“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur
2021-10-25 16:08
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “buster” doza ilə bağlı məlumat yayıb. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.
Nərgiz camal