“Bu açıqlama Rusiyanın rəsmi mövqeyini qətiyyən əks etdirmir”- Mixail Delyaqin
2021-03-30 18:07
Rusiyanın Azərbaycandakı səfiri Mixail Baçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib. Deyib ki, bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Səfir eyni zamanda Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü xatırladıb və bu məsələdə Rusiyanın hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib. Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycan haqqında fikirlərinə də münasibət bildirən səfir deyib ki, bu açıqlama Rusiyanın rəsmi mövqeyini qətiyyən əks etdirmir.
Nərgiz camal