“BMW” markalı avtomobil maneəyə çırpılıb

2019-04-15 / 10:16

Salyanın Şorsulu kəndində Bakının Qaradağ rayon sakini, 65 yaşlı İlhami Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil maneəyə çırpılıb. Sürücü və 26 yaşlı oğlu Elşən Quliyev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Fərid Mehdiyev