“Bizim ehtiyat planımız yoxdur”- Canni İnfantino
2020-10-23 14:09
“Bizim ehtiyat planımız yoxdur”. Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib. O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib. “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var” - deyə İnfantino vurğulayıb. Dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Nərgiz Camal