“Biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın”- Prezident İlham Əliyev
2020-10-26 14:04
“Biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Döyüş meydanında tarixi ədalətin bərpa edildiyini qeyd edən dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyini deyərək, Minsk Qrupunun fəaliyyətini tənqid edib. "Münaqişənin dayanmasını istəyirsizsə, ermənilərə silah verməyin!" deyən Prezident Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını və işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Vüsalə Camal