“Biz yeni itkilərimizlə bağlı artıq məlumat vermişik”- Ermənistan Müdafiə Nazirliyi
2020-09-28 15:03
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan döyüşdə yaralanan erməni hərbçilərlə bağlı məlumat yayıb. “Biz yeni itkilərimizlə bağlı artıq məlumat vermişik. Yaralılar isə təxminən 200 nəfərdir. Onların bir hissəsi İrəvanda hərbi hospitala və şəxsi xəstəxanalara yerləşdiriliblər”. Ermənistan ötən gün 16, bu gün isə 15 hərbçisinin öldüyünü təsdiqləyib və onların adlarını açıqlayıb.
Nərgiz Camal