“Biz artıq münaqişənin alovlanmasının mülki şəxslərə təsir edən dəhşətli nəticələrini görürük”- Gerardo Moloeznik deyib
2020-10-03 11:06
“Biz artıq münaqişənin alovlanmasının mülki şəxslərə təsir edən dəhşətli nəticələrini görürük. Komitəmiz şərait imkan verən kimi ehtiyac olan sahələrdə öz köməyini göstərməyə hazırdır. Buraya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli şöbələrinə dəstək də daxildir”. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə sub-nümayəndəliyinin başçısı Gerardo Moloeznik deyib. Bu sarsıntılar uşaqların cəmi bir neçə həftə bundan əvvəl dərslərə başladığı və insanların özlərini və ailələrini koronavirus pandemiyası təhlükəsindən qorumağa çalışdığı zamanda baş verir”.
Nərgiz Camal