“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb
2020-12-11 12:07
“Azərmarka” Bakıda keçirilən qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb. Layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub. Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.
Vüsalə Camal