Canlı
“Beşiktaş” UEFA Çempionlar Liqasında qrup lideri oldu

2017-12-07 / 10:03

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Bu mərhələnin son oyun günü azərbaycanlı azarkeşlərin diqqəti G qrupuna yönəlib. Bu qrupda “Beşiktaş” səfərdə “Leyptsiq”lə üz-üzə gəlib. Qara qartal Almaniyada 2:1 hesabı ilə qələbə qazanıb. Ötən turdan pley-off arzusunu reallaşdıran Beşiktaş 14 xalla qrup lideri olub.

Vəfa Şairova