“Beşiktaş” qələbə qazanaraq Türkiyə çempionu olub
2021-05-16 10:00
Futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Qalatasaray" "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. "Beşiktaş" isə "Göztəpə"ni 2:1 hesabı ilə məğlub edib. "Fənərbağça" "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Beşiktaş" 84 xal toplayaraq Türkiyə Superliqasında çempion olub. "Qalatasaray" ikinci, "Fənərbağça" isə üçüncü olub. Futbol üzrə İngiltərə kubokunun final görüşündə “Lester Siti” “Çelsi”-ə minimal hesabla qalib gəlib, tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. Futbol üzrə İtaliya A Seriyasının 37-ci turunda "İnter" "Yuventus"un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Fərid Mehdiyev