“Beşiktaş” “Ankaragücü”nü minimal hesabla məğlub edib
2020-12-25 10:10
Türkiyə Super Liqasında XIV tura yekun vurulub. Çempionluğa iddialı “Beşiktaş” autsayderlərdən olan “Ankaragücü” ilə qarşılaşıb. Paytaxtda baş tutan görüşdən qalib ayrılan “ağ-qaralar” liderlər qrupuna qoşulub. 1:0. Super Liqada XV turun oyunları dekabrın 26-28-də keçiriləcək.
Nərgiz Camal