“Bayer ” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək
Almaniyanın “Bayer” komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək. “Qarabağ”ın son məşqi isə noyabrın 8-i saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxacaq. Noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.
Lalə Nəsib