“Bayer” yarımmüdafiəçisi Mussa Diabinin transfer qiymətini müəyyənləşdirib
2021-05-04 18:13
“Bayer” yarımmüdafiəçisi Mussa Diabinin transfer qiymətini müəyyənləşdirib. Leverkuzen təmsilçisi aparıcı oyunçusunun keçidindən 75 milyon avro qazanmaq niyyətindədir. Fransa millisinin üzvü “Arsenal”, “Mançester Yunayted”, “Roma” və “Nyukasl” kimi klubların maraq dairəsindədir. 23 yaşlı hücumameylli oyunçu bu mövsüm Bundesliqada 30 oyuna çıxıb, 12 qol, 11 məhsuldar ötürmə ilə diqqət çəkib.
Nərgiz camal