“Bayer”in ulduzları "Real"ın maraq dairəsində
Bundesliqa bu mövsüm möhtəşəm çıxış edən “Bayer”in üç futbolçusu “Real Madrid”in maraq dairəsinə düşüb. Xarici mətbuatda yer alan xəbərə görə, Madrid klubu müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və hücumçu Viktor Bonifeyslə maraqlanır. Bu mövsüm Frimponq 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Virts 17 oyunda 6 qol və 10 məhsuldar ötürməsi var, Bonifeys isə bu mövsüm 16 oyunda 11+6 edib. Leverkuzen təmsilçisi UEFA Avropa Liqasında “H” qrupunda Ağdamın “Qarabağ” klubunun rəqibidir. Turnirin son keçirilmiş matçında “köhlən atlar” almanlara uduzub.
Emin İsazadə