“Böyük beşlik” liqalarında çıxış edən və 2000-ci illərdə anadan olan futbolçuların transfer dəyərləri ilə bağlı araşdırma aparılıb
2020-11-02 14:09
“Böyük beşlik” liqalarında çıxış edən və 2000-ci illərdə anadan olan futbolçuların transfer dəyərləri ilə bağlı araşdırma aparılıb. “Bavariya”nın futbolçusu Alfonso Devis ən bahalı oyunçu olub. Kanadalı müdafiəçinin dəyəri 180,4 milyon avro təşkil edir. Dortmund “Borussiya”sının üzvləri – ingiltərəli Ceydon Sanço ikinci, Ansu Fati üçüncü, norveçli Erlinq Haland dördüncüdür. Daha iki futbolçunun qiyməti 100 milyonu keçib. Bunlar “Mançester Yunayted”də oynayan Meyson Qrinvud və “Mançester Siti”nin üzvü Ferran Torresdir.
Nərgiz Camal