“Azərsu” ASC-nin su nasos stansiyasında oğurluq olub
Bakı şəhəri Əmircan qəsəbəsində “Azərsu” ASC-nin su nasos stansiyasında oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Elektrik idarəolunma löhvələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova