“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisindəki qazanxanaların qazla təminatını 30 aprel tarixinədək davam etdirəcək
2020-04-24 10:03
“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisindəki qazanxanaların qazla təminatını 30 aprel tarixinədək davam etdirəcək. Məlum olduğu kimi ölkədə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Eyni zamanda havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilir. Bu hallar nəzərə alınaraq istilik mövsümü daha 5 gün artırılıb.
Fərid Mehdiyev