“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur
“Azərişıq” işğaldan azad edilən Ağdamın elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir. İşlər Ağdam şəhəri ilə yanaşı, yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində də aparılır. Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub.
Zülfiyyə Telmanqızı