“Azərenerji” işğaldan azad edilən rayonlarda işləmək üçün kadr yığır

2020-11-20 14:09

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerji sisteminin yenidən qurulması üçün “Azərenerji” kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir. Mühəndis, montyor, müvafiq ixtisaslı mütəxəssislər sənədləri həftə içi 5 gün saat 9–dan 18–dək "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim edə bilərlər. Namizədlərin bilik səviyyələri Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik