“Azərbaycanda son illər ana və uşaq ölümlərinin sayı azalıb”
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, ana, uşaq ölümü, orta yaş ömrü ölkənin önəmli göstəricilərindən biridir: “Ona görə də bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzindədir ki, belə hallar olmasın. Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür”.
Ruhəngiz Hacızadə