“Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək” - Prezident İlham Əliyev

2020-09-29 13:00

Bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Bu sözləri Pakistanın Azərbaycana yeni təyin edilən səfiri Bilal Hayenin etimadnaməsini qəbul edən prezident İlham Əliyev deyib. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyinə diqqət çəkən dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan Pakistana təşəkkür edib. "Əgər beynəlxalq ictimaiyyət ağılsız diktator Paşinyanı dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək - deyə prezident İlham Əliyev bildirib.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik