“Azərbaycan çoxtərəfli diplomatiyanın sadiq tərəfdarıdır” - Hikmət Hacıyev
2021-06-10 10:00
“Azərbaycan çoxtərəfli diplomatiyanın sadiq tərəfdarıdır”. Bu fikir Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tviter hesabında BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşünə dair paylaşımında yer alıb. Prezidentin köməkçisi paylaşımında bir daha vurğulayıb ki, Azərbaycan çoxtərəfli diplomatiyanın və BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının gündəliyinin daha da sinxronlaşdırılmasının sadiq tərəfdarıdır, çünki hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir.
Nərgiz camal