2020-12-07 10:01
Türkiyə Super Liqasında XI tur çərçivəsində “Fənərbaxça” “Dənizlispor”un qonağı olub. İstanbul təmsilçisi rəqibini məğlub etməyi bacarıb. 0:2. İngiltərə Premyer Liqasında isə XI turda “Tottenhem”lə “Arsenal” üz-üzə gəlib. “Tottenhem” ilk hissədə vurduğu qollar sayəsində qələbə qazanıb. 2:0. “Liverpul”sa “Vulverhempton”u darmadağın edib. 4:0. “Lester” autsayder “Şeffild Yunayted” səfərindən son dəqiqə qolu ilə 3 xalla dönüb. 2:1. İspaniya La Liqasında XII turun mübarizəsində Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vilyarreal” Azərbaycan çempionu ilə ev matçı öncəsi “Elçe”ni sınağa çəkib. Görüşdə qol olmayıb. “Alaves”in qonağı olan “Real Sosyedad” büdrəyərək, liderliyi əldən verib. 0:0. İtaliya A seriyasında X tur 5 oyunla davam edib. “Napoli” və “Milan” səfər matçına çıxıb. Neapol təmsilçisi autsayder “Krotone”ni darmadağın edib. 4:0. Lider “Milan” isə “Sampdoriya” ilə üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən “rossonyerlər” növbəti qələbəni aktivinə yazdırıb. 2:1.
Nərgiz Camal