“Araz-Naxçıvan” Futbol Klubunun yaradılmasının 55 illik yubileyi qeyd olunub
2021-06-02 10:12
Naxçıvanda “Araz-Naxçıvan” Futbol Klubunun yaradılmasının 55 illiyi və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir uşaq, bir top” adlı festivalı keçirilib. Festival çərçivəsində uşaq yaş qruplarından ibarət komandalar əyləncəli oyunlarda bacarıqlarını göstəriblər. Daha sonra tədbirdə iştirak edən şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarına forma, top və hədiyyələr verilib.
Vüsalə camal