Canlı
“Airbus” Azərbaycanın kosmik sahəsinin bir hissəsi olmaq arzusundadır

2018-10-11 / 08:43

Fransanın “Airbus” aerokosmik korporasiyası uzunmüddətli tərəfdaş qismində telekommunikasiya və kəşfiyyat peyklərinin hazırlanması kimi kosmik layihələri dəstəkləməklə Azərbaycanın kosmik sahəsinin bir hissəsi olmaq arzusundadır. Bunu Trend-ə şirkətin Avrasiya üzrə vitse-prezidenti Silver Delone deyib. “Airbus” 10 ildən çoxdur ki, Azərbaycanın mülki və hərbi aerokosmik sektoru ilə əməkdaşlıq edir. Şirkətin proqnozuna görə, növbəti 20 il ərzində regionda sərnişin axını iki dəfədən çox artacaq.

Vəfa Şairova