Canlı
“ABŞ və müttəfiqləri beynəlxalq hüququ açıq şəkildə pozub” - İran XİN

2018-04-14 / 12:07

“ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq pozuntusu və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir”. Bu barədə İran XİN-in açıqlamasında deyilir. ABŞ və müttəfiqləri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər: “Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq”. Sitatın sonu.

Vəfa Şairova