Canlı
“2017-cı ilin ən güclü klub məşqçisi” Zinəddin Zidan olub

2017-12-06 / 14:12

“2017-cı ilin ən güclü klub məşqçisi”nin adı müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən keçirilən sorğunun qalibi Madrid “Real”ının çalışdırıcısı Zinəddin Zidan olub. Fransalı mütəxəssis 326 xal toplayıb. O, ən yaxın izləyicisi olan Massimiliano Alleqrini 256 xal qabaqlayıb. Üçüncü yerə isə digər italiyalı məşqçi Antonio Konte layiq görülüb.

Vüsalə Camal