Canlı
“The Times Kuwait” qəzetində Azərbaycanın iqtisadi uğurları haqqında məqalə dərc olunub

Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 12-18 noyabr tarixli buraxılışında “Azərbaycan son iqtisadi islahatlardan nəticələr əldə edir” sərlövhəli məqalə dərc edilib. Bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib. Məqalədə Azərbaycanın son illərdə uğurlu iqtisadi islahatların aparılması nəticəsində Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəldiyi və öz reytinqini daha da yaxşılaşdırdığı bildirilib.

Fərid Mehdizadə