“Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
2021-05-25 18:11
Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Sentyabr ayının 18-19-da baş tutacaq konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı, Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması kimi istiqamətlər üzrə məruzələr dinləniləcək.
Fərid Mehdiyev