Canlı
“Şahdəniz-2” üzrə qaz hasilatına sentyabrda başlanılacaq

2018-01-13 / 16:03

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz 2” yatağından ilk qazın hasilatına sentyabrın 20-də başlanması gözlənilir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu il əldə ediləcək qazın həcmi o qədər də çox olmayacaq, lakin 2019-cu il üçün yataqdan əlavə 2 mlrd. kubmetr mavi yanacağın çıxarılması nəzərdə tutulub.

Ruhəngiz Hacızadə